Fariz Nəcəfov: «500 min avroluq futbolçu «Qəbələ»nin büdcəsinə görə deyil»

Fariz Nəcəfov: «500 min avroluq futbolçu «Qəbələ»nin büdcəsinə görə deyil»
ÖLKƏ FUTBOLU 7 İyun 2010 / 10:59 2777
-  A +

«Qəbələ» klubunun vitse-prezidenti Fariz Nəcəfov İngiltərdən 500 min avroya futbolçu transfer edəcəkləri haqda Britaniya mətbuatında dərc edilən xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, F.Nəcəfov «Çempion-Azərbaycan» qəzetinə müsahibədə deyib ki, həm İngiltərə, həm də Azərbaycan mətbuatında bu məsələdə çox böyük yanlışlığa yol verilib: «Qəbələ»nin heyətində yer alan futbolçuların təqribi qiymətini hamı bilir. Yəni biz yeni oyunçu transfer etsək də, həmin futbolçunun qiyməti hazırkı heyətdə yer alan futbolçulardan maksimum bir baş üstün ola bilər. Məlum məsələdir ki, bu qiymət də heç vaxt 500 min avro ola bilməz. Bu rəqəm «Qəbələ»nin büdcəsinə görə deyil. Biz Azərbaycan çempionatında oynayırıq. Həmin futbolçu isə «Everton»a məxsusdur. Lakin icarə əsasında «Seltik»də oynayır».
Xatırladaq ki, Britaniya mətbuatı «Qəbələ»nin 500 min avroya Derek Riordan adlı futbolçunu transfer etmək istəməsi barədə xəbərlər yayıb. 

Daha çox


Son xəbərlər