Cüneyt Biçər «Bakı»dan getdi (Özəl xəbər)

Cüneyt Biçər «Bakı»dan getdi (Özəl xəbər)
ÖLKƏ FUTBOLU 4 İyun 2010 / 14:40 4208
-  A +

«Bakı» klubunun türkiyəli sabiq baş məşqçisi Cüneyt Biçər bir neçə gün əvvəl komandanın düşərgəsini birdəfəlik tərk edib. Qol.Az-ın əldə etdiyi məlumata görə, komandaya yeni baş məşqçi təyin olunacağı ilə bağlı klub rəhbərliyinin verdiyi qərardan inciyən Biçər vətəni Türkiyəyə qayıtmağa qərar verib. Məlumata görə, C.Biçərə «Bakı»da başqa iş təklif olunsa da, o, baş məşqçi vəfifəsində qalmaq istədiyini, əks təqdirdə isə klubu tərk edəcəyini söyləyib. Komanda rəhbərliyi ilə razılığa gələ bilməyən Biçər «Bakı»nı birdəfəlik tərk edib.
Xatırladaq ki, Bülənt Qorxmazın istefasından sonra «Bakı»nın aşağı yaş qrupları üzrə  komandasında çalışmış Biçər klubun baş məşqçisi vəzifəsinə gətirilmişdi. Onun rəhbərliyi altında «Bakı» ölkə çempionatında ikinci yeri tutub və kuboku qazanıb.    

Daha çox


Son xəbərlər