Marselo da "Real"ı "Yuventus"a dəyişir

Marselo da "Real"ı "Yuventus"a dəyişir
DÜNYA FUTBOLU 22 Oktyabr 2018 / 17:06 4836
-  A +

"Real"ın futbolçusu Marselo komandanı tərk etməyə hazırlaşır.

Qol.az-ın  "Tuttosport"a istinadən yaydığı xəbərə görə, 30 yaşlı müdafiəçi klub rəhbərliyi ilə görüşərək qışda "Yuventus"a keçmək istədiyini bildirib. Braziliyalı futbolçu yaya qədər gözləmək fikrində olmadığını deyib.

Marselonun Turin klubunda oynamaq istəməsinin yayda "Yuventus"a keçən sabiq komanda yoldaşı Kriştiano Ronaldo ilə də bağlılığı var.

İtaliya mətbuatı "Real"ın prezidenti Florentina Perezin komandanın uğursuz çıxış etdiyi bir vaxtda aparıcı futbolçunun bu istəyinə qarşı çıxdığını, lakin Marselonu fikrində daşındıra bilməyəcəyini yazıb.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2007-ci ildən Madrid klubunda çıxış edir.

Son xəbərlər