Avropa mətbuatı Azərbaycan millisinə görə Hondurası tənqid atəşinə tutdu

Avropa mətbuatı Azərbaycan millisinə görə Hondurası tənqid atəşinə tutdu
ÖLKƏ FUTBOLU 3 İyun 2010 / 11:23 2665
-  A +

Avropanın aparıcı idman portalları dünya çempionatının iştirakçısı olan Hondurasın dünən Azərbaycan millisinə qarşı keçirilən matçda sərgilədiyi oyunu tənqid atəşinə tutub. Qol.Az-ın məlumatına görə, populyar goal.com saytının oyunla bağlı hazırladığı yazıda qeyd edilib ki, Honduras hətta görüşün son 15 dəqiqəsini 10 nəfərlə oynayan Azərbaycanı yenə bilməməklə azarkeşlərini məyus edib. «Honduras zəif rəqibi qarşısıda inamsız görünürdü. Hər iki komanda matç boyu real qol imkanlarından istifadə edə bilmədi».
soccernet.espn.com saytı isə yazır ki, bu oyun bir daha göstərdi ki, Honduras hələ öz üzərində çox çalışmalıdır. «Hondurasın bütün futbolçuları bərbad çıxış etdi. Roman Nunyesdən başqa, onların 90 dəqiqə ərzində oynamağa gücü çatmadı».
breakingfootballnews.com isə yazır ki, dünya çempionatına getməzdən əvvəl Honduras bəzi planlarını dəyişmək məcburiyyətində qalacaq: «Hondurasın Azərbaycanla oyunda bərabərə qalması bu komandanın dünya çempionatında uğurlu çıxışına ümidi azaldır. Honduras ötən həftə Belarusla 2:2 bərabərə qaldı. Bu dəfə isə Avropada az reytinqi olan Azərbaycanla matçda bir qol belə vura bilmədi. Hazırda Honduras millisində keyfiyyətli iş nəzərə çarpmır».
Qeyd edək ki, Avropa portallarında qapıçımız Səlahət Ağayevin inamlı oyunundan da bəhs edilib.
Xatırladaq ki, DÇ-2010-nun H qrupunda Hondurasın rəqibi Çili, İspaniya və İsveçrə komandaları olacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi