Ardanın ilk məhkəməsinin vaxtı bilindi

Ardanın ilk məhkəməsinin vaxtı bilindi
DÜNYA FUTBOLU 17 Oktyabr 2018 / 12:31 1574
-  A +

İstanbul 41. Asliye Cəza Məhkəməsi "Başakşəhər"in futbolçusu Arda Turanın müğənni Berkayla arasındakı yaşanan qalmaqalla əlaqədar prokurorluğun göndərdiyi ittihamnaməni qəbul edib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, baş verənlərlə bağlı ilk məhkəmənin 2019-cu il yanvarın 30-u olacağı bildirilib.

Qeyd edək ki, ittiahnamədə A.Turanın cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma, qanunsuz silah gəzdirmə, qəsdən yaralama  ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsi tələb olunub. Müğənni Berkayın isə təhqir ittihamı ilə 3 aydan 2 ilə kimi həbsi istənilib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi