Maksim Medvedev: “Hondurasla oyunda bizi daha çətin sınaq gözləyir”

Maksim Medvedev: “Hondurasla oyunda bizi daha çətin sınaq gözləyir”
XƏBƏR 2 İyun 2010 / 18:01 1780
-  A +

“Səviyyəli komandalarla görüş keçirmək bizim üçün çox faydalıdır. Moldova və Makedoniya milliləri də  güclü komandalardan sayılır. Növbəti oyunda isə bizi daha çətin sınaq gözləyir”. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu sözləri yığmamızın və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.
Gənc futbolçu Avstriya toplanışı çərçivəsində bu gün qarşılaşacaqları Honduras millisiylə oyun öncəsi belə danışıb: “Bildiyimiz kimi, Honduras millisinin dünya çempionatının iştirakçısı  olması bizim işimizin heç də asan olmayacağını göstərir. Lakin buna baxmayaraq, komandada ab-havanın yüksək səviyyədə olması və məşq zamanı bir-birimizi getdikcə daha yaxşı anlamağımız gələcəyə ümidlə baxmağa əsas verir. Bu, bizim oyunumuzun gözəl alınması üçün əsas şərtlərdən  sayılır. İnanıram ki, milli komanda gələcək oyunlarda daha baxımlı futbol oynamaqla öz gücünü göstərmiş olacaq”.   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi