Alan Lalin: «Azərbaycanla oyun bizim üçün yaxşı imtahan olacaq»

Alan Lalin: «Azərbaycanla oyun bizim üçün yaxşı imtahan olacaq»
ÖLKƏ FUTBOLU 2 İyun 2010 / 13:28 3523
-  A +

«Xəzər Lənkəran»ın honduraslı hücumçusu Alan Lalin vətənində milli  komandamız haqda müsbət fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, o, bu gün yoldaşlıq görüşündə Hondurasın rəqibi olan Azərbaycanla matçın komandaları üçün yaxşı imtahan olacağını vurğulayıb: «Azərbaycan komandası inkişafdadır. Onun heyətində əsasən gənclər çıxış edir. Komanda sürətli oyun nümayiş etdirir, taktiki baxımdan səliqəli oynayır. Komandanın ən zəif yeri hücum xəttidir».
Lalin millimizin müdafiə xəttinin güclü olduğunu söyləyib.

 

Daha çox


Son xəbərlər