Kokorin və Mamayev barəsində 2 aylıq həbs qərarı verildi

Kokorin və Mamayev barəsində 2 aylıq həbs qərarı verildi
DÜNYA FUTBOLU 12 Oktyabr 2018 / 11:34 1895
-  A +

Moskvanın Tversk rayon məhkəməsi “Zenit”in hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pevel Mamayev barədə 2 aya yaxın həbs-qətimkan tədbiri çıxarıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, onlar ən azı dekabrın 8-dən istintaq təcridxanasında qalacaqlar.

Qeyd edək ki, hər iki futbolçu bugünlərdə sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya “Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyməkdə şübhəli bilinir.

Xuliqanlıqda ittiham edilən futbolçular dünənki məhkəmə prosesində etdikləri hərəkətə görə zərərçəkənlərdən və azarkeşlərdən üzr istəməyə, maddi təzminat ödəməyə hazır olduqlarını bildirsələr də, məhkəmə həbs-qətimkan tədbiri seçib.

Dekabrın 8-dək olan müddətə tərəflər barışıq əldə etməsələr, futboçular barədə 7 ilədək həbs cəzasının çıxarılacağı istisna edilmir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi