Faiq Qarayev karyerasını başa vurdu

Faiq Qarayev karyerasını başa vurdu
XƏBƏR 11 Oktyabr 2018 / 19:10 3755
-  A +

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən bildirilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub. O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.

Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib. (Report)

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi