Ronaldonun vəkilindən açıqlama – “Müqavilə oğurlanıb”

Ronaldonun vəkilindən açıqlama – “Müqavilə oğurlanıb”
DÜNYA FUTBOLU 11 Oktyabr 2018 / 16:54 3562
-  A +

Kriştano  Ronaldonun yeni vəkili Peter Kristansen futbolçunun zorlamada ittiham olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "Goal.com"a istinadən yaydığı xəbərə görə, o, bu iddiaları təkzib edib: “Məlumatlar uydurmadır”.

Hüquqşünas mətbuata yazılı açıqlamasında jurnalistlərin məsuliyyətsiz davrandıqlarını deyib.  Lakin Kristiansen Ronaldonun Ketrin Mayorqaya (Ronaldonun zorladığı iddia olunan qadın) susması qarşılığında 375 min dollar pul verməsi ilə əlaqədar müqavilə bağladığını inkar etməyib: "Bu müqavilə heç də etiraf deyil. Kriştiano Ronaldo yalnız məsləhətləri dinlədi və müqaviləni çirkin ittihamlarınn qarşısını almaq üçün imzalayıb. Sonrada bu müqavilə oğurlanıb və xeyli təhrif edilmiş halda mətbuata ötürülüb”.

Vəkil həmin məlumatların Ronaldoya qarşı qara piar olduğunu söyləyib: "Şübhəsiz ki, Kriştiano Ronaldo bütün ittihamları qətiyyətlə rədd edir. Ronaldonun günahkar olduğunu göstərən sənədlər tamamilə uydurmadır”.

Qeyd edək ki, son günlərdə Kriştiano Ronaldonun keçmiş model Ketrin Mayorqa təcavüz etməsi və Ketrinə susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar irəli sürülüb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi