Azərbaycan – Malta: hakimlər açıqlandı

Azərbaycan – Malta: hakimlər açıqlandı
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2018 / 13:42 1831
-  A +

UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Malta oyununa təyinatlar açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek olacaq. Ona Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Qoran Pataki yerinə yetirəcək. Oyunun əlavə köməkçi hakimləri isə Mario Zebeklə Qoran Qabrilo olacaq.

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi