“Azərbaycanda klub prezidentləri heç nə soruşmadan paltardəyişmə otağına girirlər”

“Azərbaycanda klub prezidentləri heç nə soruşmadan paltardəyişmə otağına girirlər”
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2018 / 13:16 3546
-  A +

“Sumqayıt” klubu heyətinə ancaq azərbaycanlı futbolçular cəlb edir. Amma mənim üçün istisna oldu. Türkiyə və Azərbaycan bir-birinə yaxındır. Əslim Sivas şəhərindəndir. Babam və nənəmsə bura əhalisinin çoxunu azərbaycanlılar təşkil edən Qars şəhərindən gəlib. Klubumuzun prezidenti dedi ki, çox mümkündür ki, sənin kökün azərbaycanlıdır və müqavilə bağlaya bilərsən”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Sumqayıt”ın türkiyəli hücumçusu Atilla Yıldırım Hollandiya mətbuatına müsahibəsində deyib.

“Voetbalzone” nəşrinə danışan futbolçu daha sonra əlavə edib: “Sumqayıt”a təcili hücumçu lazım idi. “Utrext”in (Hollandiya) əsas heyətində cəmi 2 matçdan başqa yüksək səviyyəli oyunlarda iştirak etməmişdim. 27 yaşım var. Bolqarıstan və Rumıniyadan təklif olsa da, konkret nəsə yox idi. Sonra Azərbaycan variantı ortaya çıxdı. Mən də düşündüm ki, niyə də yox?”

A.Yıldırım “Qarabağ”la Premyer Liqada keçirdikləri oyunla bağlı da fikirlərini açıqlayıb: “Biz “Qarabağ”a qarşı oynamışdıq. Bu, təəccüblü oyun oldu. Hakim bizim 2-3 penaltimizi vermədi. Doğrudan da, pis oyun idi. Belə şeyləri görəndə təəccüblənirsən ki, bu nədi axı? Amma Azərbaycanda hələ ki, VAR sistemi yoxdur”.

2010-2017-ci illərdə Türkiyənin müxtəlif klublarında çıxış edən A.Yıldırım deyib: “Türkiyədə gördüklərim barədə kitab yaza bilərəm. Mən orada ekstremal hallar yaşadım. Ona görə də indi heç nədən qorxmuram. “Sumqayıt”da dəhşətli nələrəsə şahid olmamışam. Amma başqa digər klublarda prezidentlər heç nə soruşmadan paltardəyişmə otağına girirlər. Mən söz vermişəm ki, nə olursa-olsun bir daha Türkiyə çempionatına qayıtmayacağam. İndi seçim etmişəm. Əslində bu seçimi gəncliyimdə etməliydim. Mən karyeramdan razı deyiləm. Buna görə də özümə qəzəbliyəm. Hər şeyi düzəltmək olar. Amma bu, çətin olacaq”.

Xatırladaq ki, A.Yıldırım Türkiyədə “Kasımpaşa”, “Konyaspor”, “Bucaspor”, “Şanlıurfaspor” və “Elazığspor” klublarında oynayıb.

Daha çox


Son xəbərlər