"Azərbaycana necə qalib gələcəyimizi bilirik" – farerli futbolçu

"Azərbaycana necə qalib gələcəyimizi bilirik" – farerli futbolçu
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2018 / 16:05 2734
-  A +

“Bu oyun hər iki komanda üçün olduqca vacibdir. Həm Azərbaycanın, həm də bizim qrup qalibi olmaq şansımız var”.

Qol.az-ın məlumatına görə, bu sözləri Farer adaları yığmasının üzvü Hallur Hannson yerli mətbuata açıqlamasında deyib. UEFA Millətlər Liqasında millimizlə doğma meydanda keçirəcəkləri oyundan danışan yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib:

“Məğlubiyyət qrupdakı işimizi çətinləşdirə bilər. Evdə oynayacağıq. Artıq doğma meydanda Maltanı məğlub etmişik. Ona görə də necə qələbə qazana biləcəyimizi bilirik. Bununla yanaşı, bizi təhlükəli rəqib gözləyir”.

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi