Reynaldo Silva yenidən Bakıda

Reynaldo Silva yenidən Bakıda
XƏBƏR 9 Oktyabr 2018 / 11:46 8017
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva Bakıya gəlib.

Qol.az-ın xəbərinə görə, səfər şəxsi xarakter daşıyır. Braziliyalı oyunçunun Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatlarda yaranmış fasilədən istifadə edərək edərək ölkəmizə dostlarının yanına gəldiyi bildirilib.

Onunla Heydər Əliyev Hava Limanındakı şəkli hazırda “Neftçi” klubunda tərcüməçi kimi çalışan Vüqar Əliyev Feysbuk səhifəsində paylaşıb.

Əlavə edək ki, Reynaldo Silva hazırda Qazaxıstanın “Aktobe”  klubunda çıxış edir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi