"Qarabağ" məşqlərə başladı

"Qarabağ" məşqlərə başladı
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2018 / 22:40 2139
-  A +

Avropa Liqasının qrup mərhələsində “Arsenal”la oyundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün yenidən bir araya gəlib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  komanda oktyabrın 20-də qarşılaşacağı "Səbail"lə matç üçün hazırlığa start verib.

Milli komandaların heyətlərində yer alan futbolçular məşqdə iştirak etməyib. Onun əvəzində isə "Qarabağ-2"nin bir neçə üzvü əsas komandanın məşq prosesinə qoşulub.

 

Daha çox


Son xəbərlər