Azərbaycan futbolunda növbəti “lipa” qalmaqalı

Azərbaycan futbolunda növbəti “lipa” qalmaqalı
ÖLKƏ FUTBOLU 2 İyun 2010 / 10:41 2169
-  A +

İmişlinin “MKT-Araz” klubunu heyətində “lipa” tapılıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 may 2010-cu il tarixində «Kapital Bank U-15 liqa»nın «MKT-Araz» - «Təhsil» matçında «MKT-Araz» klubunun heyətində təvəllüdü yanlış göstərilmiş futbolçunun çıxış etməsi barədə AFFA-ya məlumat daxil olub. Aparılan araşdırma zamanı, qeyd olunan oyunda həqiqətən də, «MKT-Araz» klubunun heyətində təvəllüdü yanlış göstərilmiş futbolçunun çıxış etməsi müəyyən olunub. AFFA İntizam Komitəsinin qərarına əsasən, «MKT-Araz» - «Təhsil» matçının nəticəsi ləğv olunub və «MKT-Araz» klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
«MKT-Araz» klubunun baş məşqçisi Oqtay Abdullayev futbolçunun təvəllüdü ilə bağlı saxta sənəd təqdim etdiyi üçün bir il müddətinə futbolla əlaqədar fəaliyyətdən kənarlaşdırılıb. Baş məşqçi İntizam Komitəsinin bu qərarı ilə bağlı 15 gün ərzində AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət etmək hüququna malikdir.
Məsələ ilə bağlı «MKT-Araz» FK-ya xəbərdarlıq məktubu göndərilib. Klubun nəzərinə çatdırılıb  ki, analoji hallar təkrar olunacağı təqdirdə İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunacaq.
Həqiqi yaş qrupunda karyerasını davam etdirə bilməsi üçün «MKT-Araz» klubunun heyətindəki təvəllüdü yanlış göstərilmiş futbolçunun adı açıqlanmır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi