Elvin Məmmədov: «Belə oyunlarda məğlubiyyət önəmli deyil»

Elvin Məmmədov: «Belə oyunlarda məğlubiyyət önəmli deyil»
ÖLKƏ FUTBOLU 1 İyun 2010 / 19:05 2449
-  A +

«Komandamızda hər şey yaxşıdır. Belə təlim-məşq toplanışlarının təşkili futbolçuların bir-birini yaxşı tanıması və taktiki baxımdan yaxşı haldır». Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın rəsmi saytına hazırda Avstriyada təlim-məşq toplanışında olan millimizin futbolçusu Elvin Məmmədov deyib.
Komandamızın Moldovaya qarşı keçirdiyi oyundan danışan Məmmədov deyib: «1:0 hesabı ilə irəli olanda ikinci qol da gəlməliydi. Amma biz yox, rəqib fərqləndi. Bu oyunda qələbə millimiz üçün daha yaxşı olardı».
Millimizin Makedoniya 1:3 hesabı ilə uduzduğu matça gəlincə, E.Məmmədov rəqibin daha yaxşı komanda olduğunu söyləyib: «Amma belə oyunlarda məğlubiyyət və nəticə önəmli deyil. Əsas odur ki, komanda öz oyununu tapsın. Belə toplanışlar daha çox milliyə yeni cəlb edilən gənclər üçün faydalıdır».

Daha çox


Son xəbərlər