Hacı Hacıyev Mahir Şükürovun yoxluğuna etiraz etdi

XƏBƏR 31 May 2010 / 17:45 2051
-  A +

Yığmamızın futbolçusu Mahir Şükürovun Rusiya “Anji”sinin hazırlığından kənarda qalması baş məşqçi Hacı Hacıyevin narazılığına səbəb olub. Qol.Az-ın məlumatına görə, ikihəftəlik tətildən qayıdan Mahaçqala təmsilçisi məşqlərə başlasa da, bir qrup futbolçusu sıralarında deyil. Onların arasında millimizin Avstriyadakı hazırlıq prosesində iştirak edən Mahir də var.
İlk üç həftəni bazada keçirəcək Mahaqçala klubunun çalışdırıcısı hamının məşqlərdə iştirak etməməsinə hiddətlənib: “Futbolçuların 30 faizi düşərgədə deyil. Bu biabırçılıqdır! Bundan sonra belə hal olmamalıdır. “Zenit”lə oyuna qədər iki toplanış keçəcəyik. Bunlardan biri Mahaçqalada, digəri Avstriyada olacaq ki, ora oyunun 20-də yollanacağıq. İyulun 3-də isə “Anji” ilə Sankt-Peterburqa “Zenit”lə Rusiya kubokunun final oyunu ilə əlaqədar təxirə salınan görüşə gedəcək və ertəsi gün meydana çıxacağıq. Avstriyada üç yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblərin adları və görüşlərin tarixləri dəqiqləşdirilir. Ola bilsin ki, xaricə yollanana kimi iki yoxlama oyunu keçirdik”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi