Spaletti kameraya “Qol” qışqırdığı üçün cəzalandı

Spaletti kameraya “Qol” qışqırdığı üçün cəzalandı
DÜNYA FUTBOLU 25 Sentyabr 2018 / 00:38 2295
-  A +

“İnter”in baş məşqçisi Luçano Spaletti cəzalanıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis “A” seriyasının 5-ci turunda “Sampdoriya” ilə oyunda komandası qələbə topunu vurduğu zaman kameraya “Qol” deyə qışqırıb.

Bu səbəbdən matçın baş hakimi Spalettini ehtiyat oyunçular skamyasından uzaqlaşdırıb. Nəticədə federasiya 59 yaşlı mütəxəssisi bir oyunluq cəzalandırıb. O, “Fiorentina” ilə matçda ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.

Qeyd edək ki, “İnter”in 1:0 hesabı ilə qalib gəldiyi görüşdə 90+4-cü dəqiqədə penaltidən vurulan qola Spalettinin aqressiv reaksiya verməsi səbəbsiz deyildi. Belə ki, buna qədər Milan klubu 2 dəfə rəqib qapısına yol tapsa da, hakim VAR sisteminə müraciət etdikdən sonra qolu ləğv etmişdi.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi