"Vengeri qələbə yox, oyun maraqlandırırdı" - Çex

"Vengeri qələbə yox, oyun maraqlandırırdı" -  Çex
DÜNYA FUTBOLU 24 Sentyabr 2018 / 18:50 3356
-  A +

"Artıq bizə lazım olanı alırıq. Vengeri komandanın qələbəsi yox, oyun üslubu maraqlandırırdı".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Arsenal"ın qapıçısı Peter Çex deyib. London klubunun sabiq baş məşqçisi Arsen Venger haqda danışan çexiyalı qolkiper komandanın onun rəhbərliyi altında son 3 mövsümdə heç bir nailiyyət qazanmadığını xatırladıb:

"Hərdən oyunlar elə də baxımlı və gözəl alınmır. Hesabı qorumaq üçün müdafiəyə çəkilməli olursan. Qələbə hər zaman qələbədir. Son 3 ildə "Arsenal" heç bir nəticə qazanmayıb".

Qeyd edək ki, 1996-cı ildən "Arsenal"ı çalışdıran Venger ötən mövsümün sonunda komandadan ayrılmış, yerinə isə Unay Emeri təyin olunmuşdu.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi