Quus Hiddink: «Azərbaycanla oyunda xal itirməyə ixtiyarımız yoxdur»

Quus Hiddink: «Azərbaycanla oyunda xal itirməyə ixtiyarımız yoxdur»
ÖLKƏ FUTBOLU 20 Noyabr 2008 / 10:45 4599
-  A +

Rusiya yığma komandasının baş məşqçisi Quus Hiddink gələn ilin mart ayında Azərbaycan millisi ilə keçirəcəkləri görüşlə bağlı fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, «Sport-ekspress»in müxbirinin «Qrupda birinci yerin taleyinin gələn il Moskvada Rusiya və Almaniya yığmalarvı arasında keçiriləcək ilk oyunda həll olunacağı ilə razılaşırsınızmı» sualını cavablandıran Hiddink deyib ki, buna qədər ruslar bir sıra oyunlar keçirəcəklər və onların bu matçlarda xal itirmək ixtiyarları yoxdur: «Həmişə demişəm ki, ən vacib matç qarşıdan gələn oyundur. Biz birinci Azərbaycanı qəbul edəcəyik, sonra Lixtenşteynə gedəcəyik. Rəqibi qiymətləndirməmək ciddi uğursuzluğa gətirib çıxıra bilər. Belə səhvlər buraxmaq istəməzdik. Almaniya haqqında isə vaxtı gələndə düşünəcəyik».

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi