Ölkəmizin beynəlxalq arenadakı yeganə təmsilçisi "Qarabağ" sabah Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası qitənin ikinci dərəcəli klub turnirinə Portuqaliyada start verəcək. Ağdam klubu Lissabonda yerli "Sportinq"lə qarşılaşacaq. "Qarabağ"ın tarixində ilk dəfə qarşılaşacağı rəqiblə dueli maraqla gözlənilir. Biz də vacib oyunöncəsi bəzi futbol adamları ilə əlaqə saxlayıb, onların fikirlərini öyrəndik.
“Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanovun fikrincə, indiki məqamda "Qarabağ"dan nəticədən, qrupdan çıxmaqdan çox, Azərbaycan futbolu adına layiqli mübarizə, oyun arzulamalıyıq: “Qrupun dəyərləndirilməsinə, məncə, daha təhlilli yanaşmaq lazımdır. 8 komandalı rəqabətsiz açıq "Bakı çempionatı"ndan qruplara vəsiqə qazanmaq özü böyük uğurdur. Nəzərə alaq ki, 4 klubumuzdan 3-ü ilk mərhələdəcə dayandı. Futbolumuzun bu durumunda "Qarabağ"dan qrupdan çıxmağı tələb etmək doğru olmaz. Peşəkar futbol elmdir, reallığa, analizlərə söykənməlidir. "Qarabağ" heyətlə bağlı çox böyük problemlərlə üzləşib. Kintana, Miçel, Slavçev olmayacaq. Təəssüf ki, meydanda düşünən beyin, Rəşad Sadıqov da zədələnib. Qarşıda isə Portuqaliya nəhənglərindən biridir. "Qarabağ"ın qrup oyunlarında kifayət qədər təcrübəsi var. Bu baxımdan meydana çıxacaq yerli futbolçular üçün gözəl, əlavə şansdır. Portuqaliya çempionatı, klubları Avropa transfer bazarında "tranzit" rol oynayır. Gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərməsi dərhal diqqət mərkəzinə düşə bilər. Nəzərə alaq ki, Portuqaliyada Vaqif Heydərlinin timsalında bacarıqlı yerli menecerlərimiz sayəsində Azərbaycan futbolçularına hər zaman diqqət olub. Bu da əlavə stimuldur.
Tahir Süleymanov
Vaxtilə azarkeşlərimizin ekrandan həsrətlə baxdıqları Avropa nəhənglərinin oyunlarını klublarımızın sayəsində stadionlardan canlı izləyirlər. İndi də növbədə "Arsenal"dır. "Qarabağ" ölkə futbolunun çox çətin durumunda, klubların dağılması fonunda, rəqabətin zəiflədiyi illərdə çox çətinliklə stabilliyini qoruyub saxlaya bilib. Bu vəziyyətdə komandadan qrupdan çıxmaq və ya digər tələblər irəli sürmək yanlışlıq olar. Məşqçi, futbolçular çətin dönəmdə öz məsuliyyətlərini dərk edirlər. Təzyiq yox, onlara dəstək verilməli və rəqiblərlə görüşlərdə böyük futboldan zövq alınmalıdır. Ən önəmli məqamlardan biri isə millidir. "Qarabağ"ın futbolçuları yığmanın özəyini təşkil edirlər. Qarşıda Millətlər Liqasında çox məsuliyyətli görüşlərimiz var. Qurban Qurbanovun rəhbərliyi altında qrup oyunları eyni zamanda milli üçün futbolçuların yüksək rəqabətdə, sürətdə, keyfiyyətli futbolda formalarını qorumaq, artırmaq baxımdan vacib amildir. Təki milliyə futboçu çatışmamazlığı dönəmində zədəlilərimiz olmasın.
Qrup görüşlərinin, rəqiblərin səviyyəsi elədir ki, oyunlarda qələbə, heç-heçə, məğlubiyyət də ola bilər. Hətta uğursuz nəticə olsa belə üzülməməliyik. "Arsenal" kimi komandanın bir futbolçusunun qiymətinə Azərbaycanda 8 deyil, 80 komanda saxlamaq olar. "Sportinq" də büdcəsinə, nüfuzuna, gücünə görə sıradan bir rəqib deyil. Qeyd etdiklərim məğlub psixologiyası deyil, obyektiv reallıqdır. Bunları nəzərə alaraq "Qarabağ"dan nəticədən, qrupdan çıxmaqdan çox, Azərbaycan futbolu adına layiqli mübarizə, oyun arzulamalıyıq. Qrup oyunlarından sonra 1-2 yerli futbolçumuzun elə Portuqaliya klublarına transferi daha böyük uğur sayıla bilər. "Qarabağ"a Azərbaycan futbolu adına uğurlar”.
Milli komandamızın sabiq baş məşqçisi, son olaraq, "Kəpəz"i çalışdırmış Şahin Diniyev “Sportinq”lə oyunda ilk 15 dəqiqənin önəmli olduğunu vurğulayıb: "Həmişə deyildiyi kimi, çətin oyun olacağını gözləyirəm. İnsanlar bunu anlayışla qarşılamalıdırlar. İki ölkə futbolu arasındakı səviyyəni götürəndə hər şey aydın olur. Ümumiyyətlə, "Qarabağ"ın sürətli komandalara qarşı oyunu hər zaman çətin olur. Çünki rəqiqin sürətli hücumları müdafiədə pərakəndəliyə, müəyyən problemlərə səbəb olur. Bu, tək "Qarabağ"a aid deyil. Bu səviyyədə olan istənilən komandalarda oxşar hadisələr yaşanır. "Sportinq" ilk 15 dəqiqədə qol vurmağa çalışacaq. Çünki bu cür klublar nisbətən aşağı səviyyəli rəqiblərlə matçlarda erkən qol prinsipi ilə meydana çıxırlar. 
Şahin Diniyev
Dünən "Qalatasaray"ın timsalında da bunu gördük. İlk dəqiqələrdən pressinq edib. erkən qol vurdular və nəticədə böyükhesablı qələbə qazandılar. Ancaq "Qarabağ" matçın əvvəllərində qol buraxmasa, bu, artıq "Sportinq" üçün problem yaradacaq. "Qarabağ" avrokubok təcrübəsi olan komandadır. Futbolçular belə vəziyyətlərdə mandraja düşmürlər. Baş məşqçiləri nəyi necə edəcəyini yaxşı bilir. Ancaq "Qarabağ"da problemlər var. Bunu heç kim danmır. Ona görə də hər şeyi normal qarşılamaq lazımdır. "Şerif"lə ilk oyundan sonra bəziləri komandanı silmişdi. Amma ev oyunun 3 cavabsız qol vurub, qrupa düşdülər. Əgər bəxt amili də "Qarabağ"ın tərəfində olsa, qrupda yaxşı nəticələr qazanıb irəliləyə bilərlər".
"CBC Sport"un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli isə “Qarabağ”ın Portuqaliyadan 1 xalla dönə biləcəyinə inanır: "Çox uzun danışmayacağam. Qısaca fikirlərimi bildirim ki, qrupda "Arsenal"ı çıxmaqla, "Qarabağ"ın digər iki komanda ilə yaxşı oynamaq və mübarizə aparmaq üçün hər cür şansı var. Əlbəttə, "Sportinq" Portuqaliya, yüksək reytinqli ölkənin təmsilçisi kimi bizə bir az qorxulu gələ bilər. Amma mövsümün əvvəlində bu klubda müəyyən problemlər var idi. Hazırda da komandada qeyri-sabitlik hökm sürür. Prezident və baş məşqçi dəyişikliyi oldu. Yəni, klubda bir çalxalanma var. Düzdür, "Sportinq"in heyəti keyfiyyət baxımından "Qarabağ"dan üstündür. Amma oynamaq, yaxşı nəticə qazanmaq olar. 
Rüstəm Əfsərli
Fikirləşirəm, sabahkı oyunda təmsilçimiz yaxşı şanslara malikdir. Lissabondan bir xalla dönsələr, ümumiyyətlə, təəccüblənməyəcəyəm. 3 xal gətirsələr isə əlbəttə ki, fantastik olar. Düzdür, məsələyə bir az gerçək yanaşmaq lazımdır. "Joze Alvalade"də qələbə bir qədər çətin görünür. Ümid edirəm ki, 1 xala sevinəcəyik və bu xal ilk dəfə "Qarabağ"ın qrupdan çıxması üçün olduqca vacib addım olacaq".
Elnur SALAHOV
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi