Milli komandamı UEFA Millətlər Liqasında ikinci oyununu dünən səfərdə Maltaya qarşı keçirdi və 1:1 hesablı heç-heçəyə razılaşdı.
“Cırtdan” ölkəylə matçda xal itkisi tənqidləri də özü ilə birlikdə gətirdi. Əsas qınaq obyekti isə yığmanın baş məşqçisi Qurban Qurbanovdur. İstər oynanılan oyun, istərsə də futbolçu seçimləri hazırda əsas müzakirə mövzusudur. Təbii ki, bu, ictimaiyyətin ümumi fikridir. Görəsən, mütəxəssislər nə düşünürlər: millimiz son iki oyunda niyə belə çıxış etdi və əsas günahkar kimdir?
Ağasəlim Mircavadov
AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov hesab edir ki, hazırda əsas problem milliyə çağırılan futbolçuların lazımı səviyyədə olmamasıdır:
“Heyətdə yeni futbolçular var. Dünənki oyunda uşaqlarda qələbə qazanmaq istəyi var idi. Sadəcə, ustalıq səviyyəsi lazımı səviyyədə deyil. Bir də hazırda millidə hücumçu problemi var. Bunu açıq deyirəm. Dünya futbolunda artıq bütün mövqelərdə çıxış edən futbolçular qol vura bilirlər. Xüsusilə də orta xətt oyunçuları tez-tez cərimə meydançasına daxil olub, fərqlənirlər. Biz isə ancaq topu hücumçular üçün hazırlayırıq, cərimə meydançasına az giririk. Ola bilsin, hansısa futbolçunun qabiliyyəti budur. Yığmanın öz oyununu tapması, baş məşqçinin fikirlərini tam başa düşməsi və həyata keçirmək üçün vaxt lazımdır. Burada ciddi bir şey yoxdur. Futbolçular öz oyun səviyyələrini artırmalıdır. Kosovo ilə matçın 2-ci hissəsi çox yaxşı alındı. Malta ilə matçda isə istək həddindən artıq böyük idi. Buraxılan qoldan sonra futbolçularımızda həyəcan var idi. Penalti epizodu da çox sadə alındı. Bədavi qaydanı pozmaq istəmirdi. Yaxşı ki, buraxılan qoldan sonra tez hesabı bərabərləşdirdik. İşləmək lazımdır. Oyunçular klublarında çox çalışmalıdır. Bir də ki, 8 klubdan futbolçu yığmaq nə çox ağır, nə də çox yüngüldür. Baş məşqçi bütün oyunçuları tanıyır. Ona vaxt vermək lazımdır. Öz fikirlərini həyata keçirmək üçün imkan verilməlidir. Ümid edirəm ki, yaxşı olar”.
Arif Əsədov
“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov da A. Mircavadovla eyni fikirdədir:
“İki oyunda itirilən 4 xal qarşıya qoyulan məqsədi çətinləşdirdi. Bir daha göründü ki, milli tam formalaşmayıb. Çatışmazlıqlar var. Amma şanslar bitməyib. Qarşıda bir neçə oyun durum. Son 4 oyunda maksimum nəticə qazanmaqla, növbəti mərhələyə çıxmaq olar. Bunun üçün komanda oyun planında artırmalıdır. Bugünkü gündə görünür ki, futbolçuların çoxu hazır deyil. Burada çempionatımızın səviyyəsi, futbolçuların oyun təcrübəsinin azlığı sonda bu cür rəqiblərlə xal itkisinə gətirib çıxarır. Növbəti oyuna 1 ay vaxt var. Bu müddət ərzində futbolçuların durumuna fikir vermək lazımdır. İlk dəqiqələrdən göründü ki, Malta Farer adalarına məğlubiyyətdən sonra daha istəklidir. İstədikləri qolu da erkən vurdular. Baxmayaraq ki, bizə də qələbə lazım idi, ilk dəqiqələrdən bu, yığmanın oyununda hiss olunmurdu. Ona görə də matçın gedişində dönüş yarada bilmədilər. Xal itkisində yorğunluğu səbəb kimi göstərməzdim. Çünki artıq bütün Avropa bu sistemlə oynayır. Sadəcə, futbolçuların hazır olmamaları qələbə qazana bilməməyimizə səbəb oldu. Hazır olsaydılar, bu rejimə də davam gətirə bilərdilər. Bir neçə oyunçu klubunda oynamaq şansı qazanmır. Ona görə də dalbadal 2 oyun keçirəndə təsirsiz ötüşmür. Futbolçular hamısı klublardan gəlir. Əgər biz millini düşünürüksə, elə bir sistem yaratmaq lazımdır ki, yerli futbolçular daha çox oynasınlar. Bu gün Avropa Liqasında mübarizə aparan komandalarımız nəticə baxımından legionerlərə üstünlük verir. Ona görə də milliyə gələn futbolçular oyun təcrübəsi baxımından əziyyət çəkirlər. Bunu düşünmək lazımdır. Millətlər Liqası yığmamız üçün yaxşı şansdır. Elə etməliyik ki, bundan maksimum yararlana bilək”.
Ayxan Abbasov
“Zirə”nin sabiq çalışdırıcısı Ayxan Abbasov isə düşünür ki, ən böyük problem özümüzün az inkişaf etməyimizdir:
“Doğrudan da inanıram ki, dünən oyunu izləyənlər üzüldü. Çünki hamı qələbə gözləyirdi. Bir daha sübut olundu ki, bu gün zəif komanda yoxdur. Zəif kimi fikirləşdiyimiz ölkələr belə inkişaf edib. Ən böyük problemi özümüzün az inkişaf etməyimizdir. Futbolçular məşqçinin tapşırıqlarını meydanda tam yerinə yetirə bilmədilər. Xüsusilə hücum xətti “dişsiz” oynadı. Bir çox futbolçumuzun formada olmadığını görürük. Bu da onların klublarında oynamamasından irəli gəlir. Məncə, əsas problem bundadır. Millimiz buna görə əziyyət çəkir. Klublara tapşırıq vermək olmaz, hər biri müstəqildir, öz fikirləri var. Onlar da nəticəyə oynayırlar. Burada futbolçulara böyük iş düşür. Onlar hansı yerdə olduqlarını dərk etməlidirlər. Azərbaycan xalqını təmsil edirlər. Ona görə də səylə çalışmalıdırlar ki, klublarında sabit oynasınlar. İnanmıram ki, onlar yaxşı formada olsun, klublar bu oyunçulardan istifadə etməsin. Həqiqətən perspektivli futbolçulardır. Bu gün zəif oynayırlar deyə tənqid olunurlar. Amma yaxşı formada olmalarını, hansı ölkələrə qarşı necə çıxış etmələrini də görmüşük. Bəlkə də çempionatın əvvəlidir, futbolçuların bəziləri zədəlidir. Komandamız yaxşı formada olsaydı, Maltaya rahat qalib gələ bilərdik. Düzdür, 2 oyundan 2 xal fikirləşmirdik. Amma yenə də şansımız var. Bu gün hansısa səbəb və ya günahkar axtarmağa ehtiyac yoxdur. Əsas səbəbləri aradan qaldırmaq lazımdır. Kimin nəyə gücü çatırsa, o cür kömək göstərməlidir. İstər klublar, istər media, istərsə də məşqçilər olsun. Hər şeyi Qurban Qurbanovun üstünə atmaq olmaz. Düzdür, baş məşqçidir, hamı onun üstünə gedir. Qurban müəllim əlində nə var idisə, istifadə etdi. Fikirləşirik ki, əvəzetmədə kimi meydana buraxsın. Baxırıq, meydana çıxan futbolçuların çox klublarında ümumilikdə 15-20 dəqiqə oynayan oyunçulardır. Burada risk etməyə dəyər, yoxsa dəyməz? Bir məşqçi kimi mən də risk etməzdim. Futbolçu klubunda 10-15 dəqiqə oynayıb, sən onu Malta ilə oyuna çıxarırsan. Həmin futbolçularla oynayıb uduzsaydıq və ya xal itirsəydik, hamı deyəcəkdi ki, formada olmayanlara şans verdi. Qurban Qurbanov çətin durumdadır. Amma yenə də qarşıdakı oyunlara ümid bəsləyirik”.
Elnur SALAHOV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu