35 yaşlı Biçər 37 illik məşqçilik təcrübəsi olan Mircavadovdan üstündür!

35 yaşlı Biçər 37 illik məşqçilik təcrübəsi olan Mircavadovdan üstündür!
ÖLKƏ FUTBOLU 24 May 2010 / 12:00 2392
-  A +

Azərbaycan kubokunun dünənki final oyunu məşqçilərin karyerasında da dərin iz buraxan qarşılaşma kimi tarixə düşüb. Qol.Az-ın məlumatına görə, «Bakı»nın türkiyəli baş məşqçisi Cüneyt Biçər Azərbaycan kubokuna sahib çıxan ilk əcnəbi və həm də ilk gənc məşqçi olub.
Diqqət çəkən digər məqam isə 35 yaşlı Cüneyt Biçərin 63 yaşı olan və 37 ildir məşqçilik edən Ağasəlim Mircavadovla üz-üzə gəldiyi hər üç matçda rəqibindən üstün olmasıdır.
Biçərin rəhbərliyi altında «Bakı» Ağasəlim Mircavadovun «Xəzər Lənkəran»ı ilə üç dəfə qarşılaşıb. Hər üç oyun son bir ay ərzində keçirilib. Premyer Liqanın «altılıq» mərhələsinin ilk görüşündə «Bakı» 1:0 hesabı ilə qalib gəlib. Lənkərandakı növbəti oyunda da sevinən tərəf Biçərin komandası olub (1:0). Nəhayət, kubokun dünənki final görüşündə Biçər Mircavadovun komandası üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi