Mübariz Mənsimov və Əziz Yıldırım «Xəzər Lənkəran»ın oyununu yarımçıq tərk edib

Mübariz Mənsimov və Əziz Yıldırım «Xəzər Lənkəran»ın oyununu yarımçıq tərk edib
ÖLKƏ FUTBOLU 24 May 2010 / 11:30 3032
-  A +

Dünən «Bakı» və «Xəzər Lənkəran» klubları arasında keçirilən ölkə kubokunun final oyununda maraqlı anlar yaşınıb. Qol.Az-ın məlumatına görə, bu matçı izləmək üçün azərbaycanlı iş adamı, «Xəzər Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimov xüsusi rəyslə Bakıya gəlib. Mənsimovla yanaşı oyunu paytaxtımızda canlı izləyəmək üçün İstanbulun «Fənərbaxça» klubunun prezidenti Əziz Yıldırım da Azərbaycana təşrif buyurub. Əziz Yıldırımla Mübariz Mənsimov, eləcə də Azərbaycanın sənayə və energetika naziri Natiq Əliyev VİP lojasında bir sırada oturublar. «Beşiktaş»ın vitse-prezidenti Ələddin Aykaç da görüşü izləyənlər arasında olub.
Adları çəkilən şəxslərin hamısı matçda «Xəzər Lənkaran»a azarkeşlik ediblər.
Oyunun əlavə vaxtında «Xəzər Lənkəran»ın qapısına ilk qol vurulanda Mübariz Mənsimov təəccübünü gizlədə bilməyib. «Xəzər Lənkəran» öz qapısından ikinci qolu buraxdıqdan dərhal sonra isə M.Mənsimov, eləcə də onunla bu oyuna gəlmiş bütün şəxslər tribunanı tərk ediblər.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi