Məqsəd Yaqubəliyev: «Xəzər Lənkəran»ı finalda da məğlub edəcəyik»

Məqsəd Yaqubəliyev: «Xəzər Lənkəran»ı finalda da məğlub edəcəyik»
ÖLKƏ FUTBOLU 22 May 2010 / 14:36 2335
-  A +

Sabah keçiriləcək Azərbaycan kubokunun final oyunu ərəfəsində «Bakı»nın məşqçisi Məqsəd Yaqubəliyev mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, M.Yaqubliyev deyib ki, Premyer Liqanın gərgin keçməsilə əlaqədar futbolçularda yorğunluq və psixoloji gərginlik var: «Buna baxmayaraq, «Xəzər Lənkəran»la final görüşünə ciddi hazırlaşırıq».
O, «Bakı»nın aparıcı futbolçusu Vadim Boretsin qırmızı vərəsi olduğuna görə, sabahkı qarşılaşmanı buraxacağını xatırladıb: «Amma biz çalışacağıq ki, Boretsin yoxluğunu hiss etdirməyək. Biz bütünlükdə oyuna köklənməliyik».
M.Yaqubəliyev «Xəzər Lənkəran»a qalib gələcəklərinə inandığını ifadə edib: «Biz bu komandanı son iki oyunda məğlubiyyətə uğratmışıq. Sabah da qələbə qazanacağımıza inamım var».
Xatırladaq ki, Azərbaycan kubokunun final oyunu mayın 23-ü, saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi