Hiddink Türkiyə millisini ilk məşqə çıxardı

Hiddink Türkiyə millisini ilk məşqə çıxardı
DÜNYA FUTBOLU 21 May 2010 / 12:00 2525
-  A +

Quus Hiddink baş məşqçisi olduğu Türkiyə milli komandasının 2012-ci il Avropa çempionatına qatılacağını açıqlayıb. Qol.Az-ın qardaş ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-də təlim-məşq toplanışında olan Türkiyənin hollandiyalı baş məşqçisi yeni komanda formalaşdırmaq istədiklərini bildirib. Dünya çempionatında iştirak edə bilmədikləri üçün üzgün olduqlarını bildirən Q.Hiddink daha çox çalışacaqlarını və gözəl bir komanda quracaqlarını qeyd edib. 11 saatlıq yol yorğunluğuna baxmayaraq Hiddink ABŞ-a çatar-çatmaz oyunçuları idmana çıxarıb və onlara əməli-başlı məşq keçib. Amerikadakı məşq prosesində ilk dəfə olaraq «Ay ulduzlu»ların başında olan Hiddink bu toplanışın komandanın bir-birini tanıması üçün çox önəmli olduğunu söyləyib: «Bu məşq prosesindən çox böyük nəticələr gözləyirik. Avropa çempionatının seçmə matçları öncəsindəki bu toplanış çox önəmlidir. Böyük ulduzlarımız var. Həm bunlarla, həm də komandaya yeni qatılan oyunçularla çox çalışaraq qarşıdan gələn Avropa çempionatına qatılmaq istəyirik. Düzdür, çətin bir qrupumuz var, lakin uğurlu çıxış edəcəyimizə inanıram. Əlimizdəki imkanlardan maksimum faydalanaraq, Türkiyə millisini layiq olduğu yerlərə gətirəcəyik».
Qeyd edək ki, Hiddinkin Rusiya millisi ilə müqaviləsi bitmədiyi üçün məşq proseslərində «Ay ulduzlu» formanı geymir.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi