«Bakı»nın keçmiş məşqçisi «Qarabağ»da!

ÖLKƏ FUTBOLU 20 May 2010 / 14:18 2406
-  A +

«Bakı» klubunun keçmiş məşqçisi Çudomir Çakarov bundan sonra karyerasını Ağdamın «Qarabağ» klubunda davam etdirəcək. Bu haqda Qol.Az-a «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, bolqarıstanlı mütəxəssislə bu gün bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ç.Çakarov Coko Haciyevskinin dönəmində «Bakı»da baş məşqçinin köməkçisi işləyib. Bülənt Qorxmazın təyinatından sonra isə vəzifəsindən kənarlaşdırılıb. «Qarabağ»a gələnə qədər Çakarov Bolqarıstanın «Vixren» klubunda çalışırdı. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi