Adnan Bərəkət “Xəzər Lənkəran”a ismarıc göndərdi

Adnan Bərəkət “Xəzər Lənkəran”a ismarıc göndərdi
ÖLKƏ FUTBOLU 20 May 2010 / 10:08 2400
-  A +

“Bakı”da ilk mövsümünü keçirən Adnan Bərəkət mayın 23-də karyerasının ilk kubokunu qazanmaq əzmindədir. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlamasında təcrübəli futbolçu finalda “Xəzər Lənkəran”a qalib gələcəklərini əmin olduğunu söyləyib. “İnanıram ki, kubokun final oyunu bizim üçün yaxşı alınacaq. Karyeramda ilk dəfə final həyəcanı yaşayacağam. Hollandiyada çıxış edərkən bir dəfə yarımfinala yüksəlsək də, bundan artığını bacarmadıq. Ona görə də karyeramın ilk kubokunu qazanmaq istəyirəm. Hamımız qarşıdakı oyuna köklənmişik. Qələbə qazanmaq istəyirik. Çempionatda “Xəzər Lənkəran”a qarşı bir qədər ehtiyatlı oynadıq. Çünki səfərdə çıxış edirdik. Bununla belə, rəqib meydan amilindən yararlana bilmədi. Çünki biz taktiki cəhətdən çox yaxşı oynadıq. Amma bu dəfə biz öz meydanımızda çıxış edəcəyik. “Xəzər Lənkəran”a evdə necə oynamağın yolunu göstərəcəyik. Hazırda rəqib çox hirslidir. Çünki biz onları çempionluqdan etdik. Lakin biz gücümüzüə inanırıq. Qələbə qazanacağımıza əminəm” – deyə A.Bərəkət bildirib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi