"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Olimpiya" ilə cavab oyunundan (0:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Qarşılaşma haqda fikirlərini bilmək istərdik.
- Rəqib yaxşı komanda idi. Gözəl oyun nümayiş etdirdilər. Bizim uşaqlar da sona qədər mübarizə apardılar. Əllərindən gələni etdilər ki, qol buraxmayaq. Bəzi şeylər düşündüyümüz kimi alınmadı. Daha çox hücum etməliydik. Özünüz də gördünüz ki, bu gün rəqib də buna imkan vermədi. Həmişə yaxşı oyunla nəticə əldə olunmur. Mərhələni keçmək çox önəmli idi".
- Əvvəlki "Qarabağ"ı görmək üçün nə lazımdır?
- O “Qarabağ” illərlə qurulmuşdu. O komandanı yenidən qurmaq çətin olacaq. Yeri gələndə 10 nəfərlə “Çelsi” ilə oyunda top saxlayırdıq. Bu tip şeyləri bir müddət görməyə bilərik.
- Tez-tez müdafiəçilərə öz iradlarını bildirirdin..
- Geryeyə 1-2 epizodda dedim ki, diqqətli olsun. Arxaya atılan toplarda diqqətli olmasını istədim. Donald bu gün ən yaxşı oyunlarından birini keçirdi. Düşünürəm ki, belə davam etsə, onu da itirə bilərik, harasa transfer ola bilər.
- Növbəti rəqib "Kukesi"dir. "Qarabağ"dan nə gözləmək olar? Artıq çoxları komandanın 3-cü mərhələdə olduğunu düşünür...
- Xeyr. Şükürlər olsun ki, komandamız bu şeylərə getmir. Səfər oyununda da komandamız qələbə qazansa da, rahatlaşmadı. Mərhələni keçə bilməsəydik, bizə psixoli cəhətdən çox pis təsir edəcəkdi. Biz qətiyyən 3-cü mərhələni düşünmürük. Bizi ancaq 2-ci mərhələni keçmək düşündürür.
- Hücumçu transferi olacaq?
- Mütləq gəlməlidir, başqa variant yoxdur, axtarılır. Amma nə səviyyədə olacaq, bunu bilmirəm. Açığı, bəlkə də 10 nəfər hücumçu ilə danışıq aparılıb, razılaşdırıb, amma sonda transfer baş tutmayıb.
- Danışıq aparılanlar arasında tanınmış hücumçular var ?
- Hazırda kiminlə danışıq getdiyini bilmirəm. Əvvəl çox tanınmış, səviyyəli hücumçular olub ki, son anda çempionatımıza görə Azərbaycana gəlmək istəməyiblər.
- Final fitindən sonra baş verənlərlə bağlı danışardın...
- Onların futbolçusu Ozobiçin üstünə top atdı. Mən tez ayırdım ki, bizim onsuz da oyunçumuz azdır, kimisə itirməyə lüzum yoxdur.
- Mahir Mədətov bu gün zəif təsir bağışladı. Bunun səbəbi nədir?
- Ümumiyyətlə, tək-tək kiminsə oyunu haqda danışmaq istəmirəm. Həqiqətən də çox stressli oyun idi. Bu gün mənim üçün vacib olan nəticə idi. Mərhələni keçə bilməsək, bunun bizim üçün necə ağır zərbə olacağını bilirdim. Ümumən sonadək mübarizə apardıqlarına görə bütün komanda yoldaşlarımdan razı qaldım.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı