"Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov Qol.az-a müsahibə verib. Dünən Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Lüksemburqun "Proqres" klubuna məğlubiyyəti şərh edən futbolçu turu keçə biləcəklərinə inandığını söyləyib.
- "Proqres"ə 0:2 hesablı məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Məğlub olacağımızı biz də gözləmirdik. Bəlkə də ilk oyun olduğu üçün belə alındı. Rəqibi tam olaraq tanımırdıq. İstədiyimiz oyunu nümayiş etdirə bilmədik. Amma ruhdan düşmək lazım deyil. Qarşıda hələ cavab matçı var.
- Rəqibin Lüksemburq təmsilçisi olması komandada hardasa arxayınlıq yaratmamışdı?
- Arxayınlıq yox, müəyyən həyəcan var idi. Mövsümün ilk oyununda bu cür şeylərin olması normaldır. Ancaq hələ heç nə itirilməyib. Növbəti mərhələyə adlamaq şansımız var.
- "Qəbələ" "Proqres"dən üstün oynasa da, hücumda son nöqtəni qoymaqda çətinlik çəkirdi. Sizcə, məğlubiyyətdə bu amilin də rolu oldumu?
- Bütün komponentlərdə rəqibdən hərtərəfli üstün oynadıq. Adi epizodlarda qapımızdan qollar buraxdıq. Bununla belə, komanda ruhdan düşmədi, sonadək mübarizə apardı. Düzdür, həlledici məqamlarda son zərbələr çatışmadı. Yenə deyirəm, hələ cavab oyunu var. Sona qədər inanmalıyıq.
- Necə düşünürsünüz, Baqali Dabonun gedişi özünü göstərdimi? Dünən "Neftçi"nin "Uypeşt"i məğlub etdiyi oyunda 2 qol vuraraq, komandasının qələbəsinə öz töhfəsini verdi...
- Əlbəttə, Dabo yaxşı hücumçudur. Komandamıza tam uyğunlaşmışdı. Ancaq məğlubiyyəti bununla əlaqələndirməzdim. Sadəcə, oyunumuz istədiyimiz kimi alınmadı. Məğlubiyyətə baxmayaraq, komandamız ümidini itirməyib. Hamımız "Proqres"i keçə biləcəyimizə inanırıq.
- Bəziləri düşünür ki, Roman Qriqorçuk olsaydı, "Qəbələ" "Proqres"i asanlıqla keçərdi. Siz hansı fikirdəsiniz?
- Yox, mən belə düşünmürəm. Şükür Allaha, yaxşı məşqçimiz var. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Ancaq oyunumuz alınmadı.
- Bir həftə sonra bu komanda ilə səfərdə cavab oyununa çıxacaqsınız. İlk oyundakı nəticəni də nəzərə alsaq, şansları necə dəyərləndirirsiniz?
- İlk oyundakı nəticənin təsadüfi olduğunu düşünürəm. Cavab oyununda da bunu sübut etməliyik. Məncə, şansımız var. Bu, hələ son deyil. Artıq "Proqres"i daha yaxşı tanıyırıq. Nəyə qadir olduğunu gördük. Səvlərimizi analiz edib. üzərində işləyəcəyik. İnanıram ki, səfərdə uğurlu nəticə qazanıb, turu keçmək olar. Sadəcə, ruhdan düşməməliyik.
- Yeni transferlər "Qəbələ"də ilk rəsmi oyunlarını keçirdilər. Onların çıxışı barədə nə deyə bilərsiniz?
- Onların çıxışına məşqçilər korpusu qiymət verməlidir. Bir oyuna görə hansı yeni futbolçunun oyununu müzakirə etmirlər. Nəzərə almaq lazımdır ki, onlar komandaya yenicə qoşulublar. Bu futbolçulara vaxt vermək lazımdır.
Elnur SALAHOV
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!