"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. Transfer çalışmaları ilə bağlı danışan gənc mütəxəssis klublarımızın avrokuboklardakı çıxışına da toxunub.
- Hazırda baxışda olan almaniyalı futbolçu Xalid Mesfinlə bağlı qərar vermisiniz?
- Hələ ki, yox. Ayın 14-də “Sabah”la yoxlama oyunu var. Həmin görüşdən sonra qərar verəcəyəm. Onu düşərgəyə tez çağırmağımızın səbəbi o idi ki, bir az formaya düşsün. Çünki 6 ay müəyyən səbəblərə görə klubsuz qalmışdı.
- Bəs indiki durumu sizi qane edirmi?
- Hazırlığın birinci mərhələsində əsasən fiziki məşqlərə üstünlük vermişdik. Futbolçuda müəyyən yorğunluq var. Özünü tam göstərə bilmir. “Sabah”la oyunda çıxışını izləyib, tam qərar vermək mümkün olacaq.
- Yaxın günlərdə başqa transferlər də gözlənilirmi?
- Danışıq apardığımız futbolçular var. Yaxın saatlarda biri ilə müqavilə bağlayacağıq. Mövqeyi yarımmüdafiəçidir. Son olaraq Yunanıstanda çıxış edib.
- Başqa hansı mövqelərə oyunçu almaq istəyirsiniz?
- Açığı, bütün mövqelərə yeni transferlər istəyirik. Bunun üçün ilk növbədə istədiyimiz oyunçunu tapmalıyıq və büdcəmiz imkan verməlidir. Ümumilikdə, 5 yeni futbolçu almaq istəyirik. Büdcə imkan versə, transfer edəcəyik. Güclənmək üçün bizə legionerlər lazımdır.
- “Zirə”nin bu mövsüm üçün büdcəsinin azaldıldığı iddia olunur. Doğrudan da belə bir şey varmı?
- Yox, bizim özümüzə uyğun büdcəmiz var. Hər il buna uyğun hərəkət edirik. Ola bilər ki, digər klubların büdcəsi bizimkindən artıq olsun. Büdcəmiz nəyə imakn yaradırsa, elə də transferlər edəcəyik.
- Çempionatının startına 1 aydan da az vaxt qalıb. Transferləriniz sanki bir az gecikir. Bu amil komandanın çıxışına necə təsir edəcək?
- Əlbəttə, istərdik ki, hazırlığın ilk günlərindən yeni transferlərimiz olsun. Amma bugünkü gündə avrokuboklarda oynayan komandalarımız yeni transferlərə daha çox üstünlük verir. Qiymətlər də çox bahadır. Vaxtımız var, seçimdə yanılmaq istəmirik. Komandamıza, çempionatımıza uyğun futbolçular tapmaq üçün çox baxıb, izləyirik. Komandamıza güc qatmaq üçün ən yaxşılarını seçmək istəyirik. Legioner seçimində səhv etmək həm büdcəyə, həm də komandaya ziyan vurur. Adaptasiyası 1-2 həftə gec də ola bilər. Əsas odur ki, istədiyimizi tapaq.
- Türkiyə toplanışında 4 yoxlama oyunu keçirəcəksiniz. Rəqiblərdən 3-ü açıqlanıb. Digər rəqibin kimliyi dəqiqləşib?
- Xeyr, hələ dəqiqləşməyib. Dördüncü rəqibimiz iyulun 31-də bilinəcək.
- Avrokuboklardakı təmsilçilərimizdən “Qarabağ” dünən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu keçirdi və səfərdə “Olimpiya”nı minimal hesabla məğlub etdi. Yəqin siz də razılaşarsınız ki, Ağdam klubu növbəti mərhələ üçün artıq məsələnin böyük hissəsini həll etdi...
- Oyuna internet vasitəsilə baxdım. “Olimpiya” çətin rəqibdir. “Qarabağ”a elə də asan olmadı. Düzdür, səfərdə qazanılan qələbə böyük üstünlükdür. Amma o demək deyil ki, Bakıda “Qarabağ”a daha asan olacaq. “Olimpiya”nın oyununu gördük, kifayət qədər başağrısı oldular. Məncə, “Qarabağ” səfərdəki sərfəli nəticədən istifadə edib Bakıda turu keçəcək.
- Bu gün isə “Qəbələ”, “Keşlə” və “Neftçi” Avropa Liqasında ilk oyunlarına çıxacaqlar. Rəqibləri nəzərə alsaq, sizcə, hansı təmsilçimizin şansı daha yüksəkdir?
- Ümumi götürsək, hər üçünün şansını yüksək qiymətləndirərdim. “Keşlə” və “Qəbələ” ötən il də bu turnirdə iştirak ediblər, təcrübələri var. “Neftçi”də isə vəziyyət bir qədər fərqlidir. Rəqibləri də digərlərinə baxanda nisbətən güclüdür. Amma mənə elə gəlir ki, “Neftçi” də turu keçə bilər. Düzdür, müasir futbolda zəif rəqib yoxdur. Malta, Lüksemburq kimi adlar bizi aldada bilər. Son illərdə klublarımız beynəlxalq arenada yaxşı çıxış edirlər. 1 və 2-ci mərhələdə oynamaq üçün lazım olan təcrübəni qazanmışıq. Bugünkü oyunlarda da üstünlük bizdədir. İnanıram ki, hər 3 komandamız uğurlu çıxış edib, ölkəyə xal qazandırarlar.
- Ötən mövsüm Avroliqaya dümək üçün yaxşı şansınız var idi, amma alınmadı. Klublarımızın avrokuboklarda mübarizə apardığını görəndə hardasa vəsiqə qazana bilmədiyiniz üçün təəssüflənirsinizmi?
- Bu, qismət məsələsi idi. Bir və ikinci dövrədən sonra böyük üstünlüyümüz var idi. Qışdan sonra şansımızı əldən verdi. Sona doğru komanda toparlansa da, hər şey öz əlimizdə olmadı. Əlimizdən gələni edib 4-cü yeri tutduq. Amma “Qəbələ”nin finalda uduzması bizi yarışdan kənarda qoydu. Avrokuboklarda ardıcıl çıxış etməyi biz də istərdik. Alınmadı, amma ruhdan düşmək lazım deyil. Hər bir komandanın başına gələ bilər. Hazırda bizim üçün əsas olan çempionata yaxşı hazırlaşmaq və mövsümün sonunda layiqli yer tutmaqdır.
Elnur SALAHOV
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord