“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Qol.az-a müsahibə verib. Avstriya toplanışını dəyərləndirən təcrübəli müdafiəçi yeni transferlər və Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə Sloveniyada keçiriləcək ilk oyun haqda da fikirlərini bölüşüb.
- Avstriyada keçirdiyiniz təlim-məşq toplanışı istədiyiniz kimi alındımı?
- 20 günə yaxındır ki, Avstriyada təlim-məşq toplanışı keçiririk. Ümumən hər şey qaydasındadır. Yetərincə məşq edib, yoxlama görüşləri keçirdik. İstədiyimiz kimi alınmayan şeylərdən biri o oldu ki, komanda tam formalaşmadı. Transferlərimiz, bəzi futbolçularımız düşərgəyə bir az gec qoşuldu. Bəzi transferlər isə tamamlanmayıb. Bu baxımdan bir az çətinlik oldu. İstərdik ki, toplanışın əvvəlindən tam heyətlə hazırlaşaq. Amma bu dəqiqə futbolda da görürsən ki, hər şey istədiyin kimi alınmır. Xüsusilə transfer dönəmində bir çox komandalar istədiyi futbolçuları almaqda çətinlik çəkirlər. Biz də eyni çətinliyi yaşayırıq. Bilirsiniz, mövsümün sonunda “Qarabağ”dan bir çox oyunçu getdi. Onların yerini doldurmaq asan deyil. Artıq neçə ildən sonra “Qarabağ”da yenilənmə gedir, bu prosesi yaşayırıq. Maksimum səviyyədə çalışırıq ki, bu dövrü yaxşı keçək.
- “Qarabağ” Avstriya toplanışı ərzində keçirdiyi 4 yoxlama oyununda qələbə qazana bilmədi və cəmi 2 qol vurdu. Bu amil hansısa narahatlığa əsas verirmi?
- Bu sual hər toplanış vaxtı bizə verilir. Əlbəttə, könül istəyər ki, həmə qələbə qazanasan, həm də yetərincə qollar vurasan. Nələrinsə alınmamağı, məğlub olmaq həmişə narahatlığa səbəb yaradır. Amma ümumi götürsək, bunlar yoxlama görüşləri idi, qarşıdakı oyunlara hazırlıq xarakteri daşıyırdı. Nələrsə alındı, nələrsə alınmadı. Bəzi oyunlarda bəzi sınaqlar keçirildi. Hazırlığın nə dərəcədə yaxşı alınıb-alınmadığını rəsmi oyunlarda hamımız birlikdə görəcəyik.
- Azarkeşlərdə müəyyən narahatlıq var ki, hələ də hücumçu alınmayıb. Qarşıdakı günlərdə ön xəttə yeni futbolçu transferi gözlənilirmi?
- Qurban müəllim hücum xətti ilə bağlı bəzi şeyləri sınaqdan keçirdi. Bilirsiniz, bizdə hücumçu kimi Mahir Mədətov variantı var. Filip ozobiç də toplanış vaxtı bəzi oyunlarda hücumçu kimi oynadı və pis alınmadı. Ancaq bu mövqeyə transfer hazırda gündəmdə olan məsələdir. Bildiyim qədər, bəziləri danışıqlar gedir. Çatdıra bilsələr, bu turda da iştirak ərizəsinə salmaq olar, sabaha qədər vaxtımız var. Bununla bağlı işlər gedir.
- “Qarabağ” yay transfer dövründə heyətini 6 yeni futbolçu ilə gücləndirib. Yeni oyunçular bir kapitan kimi sizə necə təsir bağışladı?
- Yeni transferlər xoş təsir bağışlayırlar. Xüsusilə də işgüzarlıqları və işlərinə yanaşmaları ilə. Bu da bizim kollektiv üçün çox önəmlidir. Bilirsiniz ki, komandamızda həmişə bu tip amillərə önəm verilib. Xasiyyət olaraq da komandaya tez uyğunlaşıblar. Atmosfer baxımından hiss etmirik ki, komandaya 6 nəfər təzə futbolçu gəlib. Mehriban şəkildə hazırlıq keçdik. Yeganə məsələ odur ki, futbolçuların komandanın oyun üslubuna uyğunlaşması üçün vaxt lazımdır. Bu dövrü səbrli şəkildə keçməliyik. Çünki heyətdə 1 futbolçu dəyişikliyi olanda belə komandanın oyununa təsir edir. Amma bizdə birdən-birə 4-5 dəyişiklik olacaq. Azarkeşlərimizi, futbol ictimaiyyətimizi səbrli olmağa çağırıram. Hamımız bu çətin dövrdən birlikdə keçməliyik.
- İki gün sonra Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Olimpiya” ilə qarşılaşacaqsınız. Yəqin ki, rəqibi ətraflı şəkildə analiz etmisiniz. Sloveniya klubu haqda nə deyə bilərsiniz?
- Rəqibi analiz etmişik. Düşünürəm ki, “Olimpiya” haqda nəsə danışmağa ehtiyac yoxdur. Çünki hamı onların nə dərəcədə ciddi rəqib olduğunu bilir. Yaxşı komandadır, heyətlərində səviyyəli futbolçular var. Bizim üçün yeganə problem odur ki, rəqibi tam analiz edə bilmirik. Çünki məşqçi dəyişikliyi baş verib. Yeni məşqçi də öz fəlsəfəsini komandaya yeritməyə çalışır. Ötən ilki komanda ilə indiki arasında fərq var. Böyük olmasa da, bəzi taktiki gedişlərdə fərq hiss olunur. Bizi çox ciddi sınaq gözləyir. Əlimizdən gələni edəcəyik ki, bizim üçün hər şey yaxşı olsun.
Elnur SALAHOV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu