“Keşlə”nin braziliyalı müdafiəçisi Denis Silva ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu həm ötən mövsüm Azərbaycan kubokunu qazanmalarından, həm də Bakıdakı həyat tərzindən danışıb.
- Azərbaycan kubokunu qazanmaq necə hissdir?
- Qalib olmaq hər zaman yaxşıdır. Bu, sizin işinizin nəticəsini göstərir. Zirvəyə çatmaq üçün çalışmaq lazımdır. İlboyu işləyib sonda məqsədinə çatmaq həmişə faydalıdır. Bu, mənim Azərbaycan kubokunda 4-cü medalımdır. Bundan başqa, Premyer Liqada da 3 medalım var. Qazandığım uğurlara görə çox razıyam.
- Uyğunlaşma ilə bağlı vəziyyət necədir? Azərbaycan dilini öyrənmisiniz?
- Adaptasiya ilə bağlı onu deyə bilərəm ki, mən artıq praktiki olaraq burada yaşayıram, azərbaycanlıyam. Özümü yerli vətəndaş hesab edirəm. Artıq 10 ildir Azərbaycanda yaşayıram. Qızım burada doğulub və biz ölkəyə daha da uyğunlaşmışıq. Artıq Azərbaycan dilində danışıram. Amma dili 100 faiz bilmirəm. Çünki tək öyrənmişəm, hazırlığa getməmişəm. Buna baxmayaraq, insanlarla danışıram. Bəzən səhv etsəm də, çox yaxşı üsniyyət qura bilirəm. Azərbaycanda yaşadığıma görə şadam. Hələ uzun illər burada qalmaq niyyətindəyəm. Ancaq nə vaxta kimi qalacağımı dəqiq bilmirəm.
- Braziliya üçün darıxırsınız?
- Daha çox ailəm və dostlarım üçün darıxıram. Amma fərqli ölkədə fərqli mədəniyyət və qazandığım uğurlar, eyni zamanda ailəmin yanımda olması vətən həsrətini nisbətən azaldır.
- “Keşlə”dəki əsas uğurlarınız nədən ibarətdir?
- Mən bu komanda ilə yenicə Azərbaycan kubokunun qalibi olmuşam. Həmçinin Avropa Liqasının təsnifat mərhələsində oynamaq haqqı qazanmışıq. İndi tətili dayandırıb, meydana qayıtmaq lazımdır ki, bu turnirdə yaxşı çıxış edək.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər