“Hazırlıq prosesində son yoxlama oyunumuzdur. Təbii ki, məğlubiyyətdən sonra futbolçularda ruh düşgünlüyü var idi. Amma hamı başa düşür ki, indi səhvlərimiz olarsa, bu məğlubiyyətlər bizi daha çox işləməyə məcbur edəcək".
Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına açıqlamasında deyib.
"Gördüyünüz kimi, hər oyunda dəyişikliklər edirik ki, futbolçuların hamısının potensialına bələd olaq. Hamısını ayrı-ayrılıqda tanısam da, bir yerdə işləmək onları mənə daha yaxından tanıdır. Hansısa epizodda futbolçulardan narazı qalsam da, ümumilikdə onlardan razıyam. Çünki onların indi hansı hisslər keçirdiyini də bilirəm. Təcrübəmiz göstərir ki, belə məğlubiyyətlər bəzən bizə kömək edir. İndi futbolçuların üzərinə çox getmək istəmirəm. Mövsümün sonudur və indiki məqamda istər-istəməz bacarıqlarından tam istifadə edə bilmirlər. Amma onlarla söhbətimiz oldu, hər biri peşəkardır. İstənilən halda, milli komandanın formasında meydana çıxırsansa, hər şeyi yaddan çıxmalı və özünü yaxşı tərəfdən göstərməyə çalışmalısan" - deyə o bildirib.
Q.Qurbanov deyib ki, sabah keçiriləcək Latviya ilə yoxlama oyununda əvvəlki səhvləri etməməyə çalışacaq: "Əvvəlki oyunda demək olar, ilk dəqiqələrdə məğlub olduq və bu dəfə həmin səhvləri etməməyə çalışacağıq. Bacardığımız qədər komandanı oyuna hazırlaya bilmişik və inanıram ki, onlar sabahkı qarşılaşmada özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlar”.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"