Nazim Süleymanov rəsmən "Sumqayıt"da

Nazim Süleymanov rəsmən "Sumqayıt"da
ÖLKƏ FUTBOLU 7 İyun 2018 / 20:10 4677
-  A +

“Sumqayıt”ın  Prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub.

Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, N.Süleymanov qarşıdakı 2 mövsümdə “Sumqayıt”ın baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, millimizin sabiq üzvü olan 53 yaşlı mütəxəssis "Xəzər Lənkəran", "Olimpik" (Şüvəlan), "Neftçi" və U-19 millimizi çalışdırıb.

Daha çox


Son xəbərlər