"Kəpəz" divizionda oynasa, komandadan gedəcəm" - Yunis Hüseynov

"Kəpəz" divizionda oynasa, komandadan gedəcəm" -  Yunis Hüseynov
ÖLKƏ FUTBOLU 26 May 2018 / 16:17 3117
-  A +

“Hələ ki, gözləmə mövqeyindəyik. Görək klubun taleyi necə olacaq. Rəhbərlik də hələ bir söz deməyim”.

Bu sözləri Qol.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.

Gəncə klubundan ayrılması haqda yayılan xəbərləri təkzib edən baş məşqçi hələlik qərar verməyə tələsmədiyini bildirib. O, elitanı tərk edən “Kəpəz”in birinci divizionda oynayacağı təqdirdə komandadan ayrılacağını qeyd edib: “Heç vaxt divizion klubunda çalışmamışam. Düşünürəm ki, mənə orada çətin olar. Ona görə də “Kəpəz” birinci divizionda çıxış etsə, komandanı tərk edəcəm”.

Xatırladaq ki, Topaz Premyer Liqada mövsümü soununcu pillədə başa vuran "Kəpəz"in hələlik hansı çempionatda çıxış edəcəyi dəqiqləşməyib.

Daha çox


Son xəbərlər