"Keşlə" Maksimovla müqaviləni uzadır

"Keşlə" Maksimovla müqaviləni uzadır
ÖLKƏ FUTBOLU 22 May 2018 / 18:06 2723
-  A +

Yuri Maksimov növbəti mövsümdə də "Keşlə"nin sükanı arxasında olacaq.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətindən məlumat veriblər. Bildirilib ki, ukraynalı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsi yenilənəcək. Artıq 1 illik anlaşma ilə bağlı razılıq əldə olunub. Ölkə kubokunun final oyunundan sonra Maksimov müqaviləyə imza atacaq.

Qeyd edək ki, "Keşlə" kubokun finalında "Qəbələ" ilə üz-üzə gələcək. Mayın 28-də Qəbələdə keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi