"Göstərdin ki, ən yaxşı sənsən!" – Pedrodan PAOK-a təbrik

"Göstərdin ki, ən yaxşı sənsən!" – Pedrodan PAOK-a təbrik
ÖLKƏ FUTBOLU 13 May 2018 / 10:46 5329
-  A +

“Qarabağ”da icarə əsasında çıxış edən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK klubunun ölkə kubokunu qazanmasına biganə qalmayıb.

Qol.az-ın məlumatına görə, şəxsi “instagram” hesabında komandasını qələbə münasibətilə təbrik edən braziliyalı futbolçu bu sözləri yazıb:

“Bravo, PAOK! Göstərdin ki, Yunanıstanda meydanda ən yaxşı sənsən”.

Qeyd edək ki, ölkə kubokunun finalında PAOK AEK-i 2:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər