"İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam" - Aqolli

"İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam" - Aqolli
ÖLKƏ FUTBOLU 24 Aprel 2018 / 15:42 3076
-  A +

"Özümü çox yaxşı hiss edirəm və inanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib. Ölkəsinin mətbuatına danışan albaniyalı futbolçu Ağdam klubundakı gələcəyindən də söz açıb:

"Artıq 8 ilə yaxındır ki, "Qarabağ"dayam. Burada özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir".

Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: "Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdır. Dayanmaq istəmirəm, çünki hələ ki, bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".

Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur.

Daha çox


Son xəbərlər