Rəşad Sadıqovun 7-ci çempionluğu

Rəşad Sadıqovun 7-ci çempionluğu
ÖLKƏ FUTBOLU 23 Aprel 2018 / 10:49 2128
-  A +

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov öz rekordunu yeniləyib.

Qol.az-ın xəbərinə görə, bu il 36 yaşı tamam olacaq müdafiəçi karyerasında 7-ci dəfə Azərbaycan çempionu olub. Dalbadal 5 dəfə (2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18) Ağdam klubu ilə çempionluq sevinci yaşayan təcrübəli futbolçu 2003-04 və 2004-05-ci il mövsümü “Neftçi”də çıxış edərkən də qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan milli çempionatlar tarixində ən çox çempionluq qazanan futbolçu isə Mahmud Qurbanovdur. Karyerasını bir neçə il əvvəl başa vuran Qurbanov düz 11 dəfə ölkə çempionu olub (3 dəfə “Kəpəz”, 2 dəfə “Şəmkir”, 3 dəfə “Neftçi”, 1 dəfə “Xəzər Lənkəran”, 1 dəfə “İnter”, 1 dəfə “Bakı”nın heyətində).

Daha çox


Son xəbərlər