“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun qış transfer pəncərəsi zamanı Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satmasınının səbəbləri ilə əlaqədar sensasiyalı faktlar açıqlayıb.
R.Sadıqov Qol.az saytına verdiyi geniş müsahibədə bu məsələ ilə bağlı baş məşqçi Qurban Qurbanova və kluba yönələn tənqidlərin haqlı olmadığını bildirib. O deyib: “Baş məşqçimiz Qurban Qurbanov futbolçuların komandaya sevgisinə, sədaqətinə xüsusi diqqət yetirir. Bir müddət əvvəl Ndlovunun adından açıqlamalar yayıldı ki, o, “Qarabağ”da qalmaq istəyib və guya Qurban Qurbanov onu komandada saxlamaq istəməyib. Mən bilmirəm, o, həqiqətənmi belə söz söyləyib, ya yox. Amma əsl həqiqət budu ki, Dino Çindən təklif alan kimi hay-küy qaldırdı ki, mən çıxıb getmək istəyirəm. Hələ qış fasiləsi zamanı o, kluba mesaj göndərdi ki, Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəmir. Təsəvvürünüzə gətirin, hətta burda tanıdığı taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin. Halbuki onun “Qarabağ”la hələ bundan sonra ilyarımlıq müqaviləsi vardı”.
R.Sadıqov bildirib ki, məhz bu hadisədən sonra Q.Qurbanov Cənubi afrikalı hücumçunun gedişinə razılıq verib: “Çünki Qurban müəllimin prinsipi budu ki, hər bir futbolçu oynadığı komandaya birinci növbədə ürəkdən bağlı olmalıdı. Əgər kimsə komandada qalmaq istəmirsə, könlü başqa klubdadısa, Qurban müəllim o futbolçunu komandasında saxlamaz. Bu söhbətlərdən sonra da Dino Çin klubuna satıldı. Onun satılmasına görə ünvanımıza tənqidlər doğru deyil. Əsl həqiqət bax bunlardan ibarətdir. Ümid edirəm, bundan sonra azarkeşlər və media bizi daha yaxşı anlayacaqlar. Birdə ki, “Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb. “Qarabağ”ın Dinoya xeyri daha çox oldu, nəinki onun komandaya. Biz bundan sonra da öz qələbələrimiz, komandamızı uğura aparmaq barədə düşünürük”.
Qeyd edək ki, Rəşad Sadıqov bu və gündəmdə olan digər məsələlərlə əlaqədar Qol.az saytına geniş müsahibə verib. Silsilə müsahibəni gələn həftənin əvvəllərindən başlayaraq saytımızda oxuya bilərsiniz.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər