Millimizə 27 futbolçu çağırıldı

Millimizə 27 futbolçu çağırıldı
XƏBƏR 19 Fevral 2018 / 10:10 3572
-  A +

17 yaşadək futbolçulardan ibarət milli komandamızın seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bakıda təşkil olunan və fevralın 20-dək davam edəcək toplanışda 27 futbolçu iştirak edir.

Mircəfər Əlizadə (“Kəpəz”), Hilal Maqsudlu, Ridan Babayev, İbrahim Novruzov, Şahmar Cəfərli (hamısı “Keşlə”), Elnur Hüseynov, Abdulla Rzayev, Ramin Nəsirov, Ziya Məmmədov, Emil Məmmədov, Malik Nadirov (hamısı “Neftçi”), Hüseyn Ələsgərov, Şirxan Həsənzadə, Tuhid Abdullazadə, Niko Saknelaşvili (hamısı “Qarabağ”), Rəşad Kərimov, Cavidan Abbaszadə (hər ikisi “Sumqayıt”), Elçin Qasımov, Mirxan Hümmətov (hər ikisi “Turan Tovuz”), Kamran Şəbiyev, Qardaş Talıbov, Balamirzə Soltanov (hamısı “Vətən”), Pənci Ağazadə (“Xəzər Lənkəran”), Qoçəli Qədimov, Murad Hüseynov, Həzrət İsayev və Mikayıl Kərimlini (hamısı “Zirə”).

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi