"Təəssüf ki, 3-4 futbolçumuz oyunun tez bitməsini istəyirdi" - Samir Abasov

"Təəssüf ki, 3-4 futbolçumuz oyunun tez bitməsini istəyirdi" -  Samir Abasov
ÖLKƏ FUTBOLU 10 Fevral 2018 / 18:18 2911
-  A +

“Bizim üçün çətin idi. “Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma vətənə qayıtdıqdan sonra bildik ki, 3-4 yeni oyunçu götürüblər. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi. Oyuna yaxşı başladıq. Sonda 1:2, 1:3 uduza bilərdik. Bunu ataq birinci oyun olmasının üstünə. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadır. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidirlər”.

Qol.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov  “Zirə” ilə oyundan (1:1) sonra keçirilən mətbuat konfrasnında deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Özünüz də qeyd etdiz ki, birinci hissədə yaxşı, ikinci hissədə zəif oynadız. Demək olar ki, 3 əvəzetmənin heç biri özünü doğrultmadı?

- Ancaq Nicatı  qeyd etmək olar. O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidir. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli oynamağa layiq deyil.

- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğun gəlmirdi...

- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda tam “Zirə” üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdur. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı.

- Oyun ərzində Əliyar Ağayevə etiraz edirdiniz. Onun idarəçiliyindən narazı qaldız?

- İndi bu suala “hə” desəm, mənə cərimə düşəcək?

- Bəli.

- Yox, narazı deyiləm

Daha çox


Son xəbərlər