Qurban Qurbanov köməkçisini “Qarabağ”dan çıxardı

Qurban Qurbanov köməkçisini “Qarabağ”dan çıxardı
ÖLKƏ FUTBOLU 8 Fevral 2018 / 15:57 7689
-  A +

Namiq Yusifov "Qarabağ"dan göndərilib.

Qol.az-ın məlumatına görə, bir müddətdir Qurban Qurbanovun köməkçisi vəzifəsində çalışan Yusifov elə baş məşqçinin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Əldə etdiyimiz məlumata görə, N.Yusifov komandayla birgə Antalyaya təlim-məşq toplanışına gedib. Elə toplanış zamanı da Q.Qurbanov köməkçisini vəzifəsindən uzaqlaşdırıb.

Xatırladaq ki, N.Yusifov 2016-cı ildə futbolçu karyerasını başa vurduqdan sonra “Qarabağ”da məşqçi kimi fəaliyyətə başlamışdı.

Qeyd edək ki, N.Yusifovun “Qarabağ”dan çıxarılması barədə ilk dəfə "sportlife.az" saytı xəbər yayıb.

Daha çox


Son xəbərlər