"Kəpəz"dən növbəti rəsmi transfer

"Kəpəz"dən növbəti rəsmi transfer
XƏBƏR 18 Yanvar 2018 / 16:50 4352
-  A +

Topaz Premyer Liqasının qış fasiləsində “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əsas komandanın Bakıdakı təlim-məşq toplanışı dövründə uğurla baxışdan keçən Tural Nərimanovun Gəncə klubunda qalmasına qərar verilib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
 
Xatırladaq ki, Tural Nərimanov əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub.  

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl  Murad Səttarlı (“Zirə”), Samir Zərgərov ("Keşlə"), Roman Hüseynov ("Qəbələ", icarə), Tərzin Cahangirov, Sergey Litovçenko ("Dinamo", Tbilisi, Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya) və  Dieqo Souzanı transfer edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi