“Ruslan Abışova ateist olduğumu deyəndə mənimlə danışmadı” - çex futbolçu

“Ruslan Abışova ateist olduğumu deyəndə mənimlə danışmadı” - çex futbolçu
ÖLKƏ FUTBOLU 18 Yanvar 2018 / 12:15 5266
-  A +

“Qazaxıstana getmək haqda düşünürdüm. Baş məşqçi mənim qalıb-qalmayacağımı bilmək istəyirdi. Yaya qədər “Karvina”da oynamağa razılaşdım”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Pavel Dreksa deyib. Qış fasiləsində “ağ-qaralar”dan ayrılan çexiyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Bakıdakı həyatından danışıb: “Zdenek Folprext Bakını tərk edəndən sonra orada yeganə çexiyalı kimi mən qaldım. Yanımda ailəmdən başqa tez-tez söhbət edə biləcəyim kimsə yox idi”.

Dreksa “Neftçi”də əsas heyətə düşə bilməməsinin də səbəblərini açıqlayıb: “Əvvəllər hər oyunda meydana çıxırdım. Mən gələndə komanda yaxşı vəziyyətdə deyildi. Heyətdəki böyük dəyişikliklərdən sonra “Neftçi” dirçəlməyə başladı. Növbəti baş məşqçi dəyişikliyindən sonra isə ehtiyata düşdüm. Çünki o, özü ilə yeni futbolçular gətirdi. Nə etmək olardı? Buna görə də qayıtdım. Amma mənim üçün yaxşı il oldu”.

Çexiyalı futbolçu “Neftçi”nin kapitanı Ruslan Abışovla aralarında baş verən maraqlı hadisəni də xatırlayıb: “Çexiyada müsəlmanlar elə də çox deyil. Azərbaycan təcrübəm onlar haqda bir çox fikirlərimi dəyişdi. Zdenek gedəndən sonra kapitanımızla bir otaqda qalırdım. O qatı müsəlmandır, daim dua edirdi. Ona ateist olduğumu deyəndə həmin axşam mənimlə danışmadı. Tək o yox, bir çoxları məni başa düşmürdü. Məni daha çox onların həyat tərzi maraqlandırır. Təbii ki, Avropada baş verənlər haqda danışırdıq. Onlar məni inandırdılar ki, İslamın adından istifadə edib, pis əməllər törədənlər din adı altında gizlənənlərdi. Şadam ki, Azərbaycana getdim və müsəlmanların mədəniyyəti, həyat tərzi ilə tanış oldum”.

Daha çox


Son xəbərlər