Klublararası dünya çempionatının son iştirakçısı bəlli oldu

Klublararası dünya çempionatının son iştirakçısı bəlli oldu
DÜNYA FUTBOLU 30 Noyabr 2017 / 10:30 4020
-  A +

Braziliyanın "Qremio" təmsilçisi klublararası dünya çempionatı – 2017-nin son iştirakçısı olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komanda Libertadores kubokunun qalibi kimi sözügedən turnirə vəsiqə qazanıb. "Qremio" kubokun finalında "Lanus"u məğlub edərək fəxri mükafata sahib çıxıb.

Beləliklə,  klublararası dünya çempionatında "Real" (İspaniya), "Qremio" (Braziliya), "Urava Red Daymonds" (Yaponiya), "Vidad" (Mərakeş), "Paçuka" (Meksika), "Oklend Siti" (Yeni Zelandiya) və "Əl-Cazira" (BƏƏ) iştirak edəcək.

Qeyd edək ki, sözügedən turnir 6-16 dekabr tarixlərində BƏƏ-də keçiriləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi