Ramim: "Ad günümə bundan gözəl hədiyyə ola bilməzdi"

Ramim: "Ad günümə bundan gözəl hədiyyə ola bilməzdi"
ÖLKƏ FUTBOLU 11 Aprel 2010 / 21:06 2396
-  A +

“Bakı” klubunun üzvü Fabio Luis Ramim bu gün “Xəzər Lənkəran”la oyunda vurduğu həlledici qolla özü-özünə ad günü hədiyyəsi etdi. Qol.Az saytının xəbərinə görə, dünən 29 yaşı tamam olan braziliyalı bu xoş günü komanda yoldaşları ilə birgə bölüşdü.

“Xəzər Lənkəran” qarşılaşmasından sonra klubun rəsmi saytına açıqlama verən Ramim oyunları bağlı bunları deyib: “Qarşılaşma çox gərgin və maraqlı alındı. İlk dəqiqələrdən üstünlük bizim tərəfimizdə idi. Amma heç cür fərqlənə bilmirdik. Bununla belə, 90-cı dəqiqədə olsa da, qələbə topunu vura bildik. Həlledici topun müəllifi olduğu üçün çox şadam. Dünən komanda üzvləri ilə birgə ad günümü qeyd etdim. Mənim üçün bundan gözəl hədiyyə ola bilməzdi. Növbəti oyunlarda da bu cür çıxış edə bilsək, heç bir komanda qarşımızı kəsə bilməz”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi