Qurban Qurbanov Adamiyanı təriflədi

Qurban Qurbanov Adamiyanı təriflədi
ÖLKƏ FUTBOLU 10 Aprel 2010 / 18:27 2437
-  A +

«Qarabağ» komandasının baş məşqçisi Qurban Qurbanov «Neftçi» üzərindəki bugünkü qələbədən şad olduğunu söyləyib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Q.Qurbanov futbolçularının bugünkü qarşılaşmada sonadək mübarizə apardıqlarını deyib.
Oyunun qəhrəmamı olan gürcüstanlı Georgi Adamiya ilə bağlı «Qarabağ»ın baş məşqçisi bunları söyləyib: «Adamiya əvvəl qol vursa da, bu, komandamızın qələbəsinə kifayət etmirdi. Sevinirəm ki, bu gün Adamiya həm qol vurdu, həm də digər qolun ötürməsini verdi. Amma hesab edirəm ki, bu, hələ başlanğıcdır. Adamiya hələ optimal formada deyil».
Xatırladaq ki, Unibank Premyer Liqasının final mərhələsində buna qədər keçirdiyi dörd oyunda bir dəfə də olsun qələbə qazana bilməyən «Qarabağ» bu gün, nəhayət, əzəli rəqibi «Neftçi»ylə matçda 2:0 hesablı uğur əldə edib. 

Daha çox


Son xəbərlər